Bakıda gecə saatlarında ağacları kəsdilər
Bizi izləyin

Ekologiya

Bakıda gecə saatlarında ağacları kəsdilər

Nizami rayonu, Q.Qarayev prospekti 59 ünvanında gecə saatlarında yaşköküstə 5 ədəd müxtəlif cinsli ağac kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlkumata görə, fakt əməkdaşlar tərəfindən Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunması vəziyyətini yoxlamaq məqsədilə bu gün keçirilən reyd zamanı aşkarlanıb.

Faktla bağlı akt tərtib edilərək təqsirkarın müəyyən edilməsi üçün toplanmış materiallar tədbir görülməsi məqsədilə Nizami rayon polis idarəsinə göndərilib. Eyni zamanda sözügedən ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarəti altında Bakı şəhər Yaşıllaşdırma Təsərrüfat Birliyi tərəfindən 20 ədəd yeni ağacın əkilməsi təmin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm