Ekologiya
İstirahət mərkəzinin həyətində ağaclar kəsildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Ucar rayonu, Gəraybəyli kənd sakini Surxay Rəhimov tərəfindən ona məxsus istirahət mərkəzinin həyətindəki ağacların icarəçi tərəfindən qanunsuz kəsilməsi ilə bağlı şikayət daxil olub.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, şikayət “Göbələk” istirahət mərkəzinin sahibi və icarəçinin iştirakı ilə yerində araşdırılıb.
Sözügedən istirahət mərkəzinin ərazisinə keçirilən baxış zamanı yaşköküstə 5-40 sm diametrliyində 28 ədəd müxtəlif cinsli (şərq çinarı, qovaq, söyüd, sərv, qarağac, tut, armud, əncir, heyva, albalı) ağacların kəsildiyi məlum olub.
Araşdırma zamanı torpaq mülkiyyətçisi S.Rəhimov yazılı izahat verərək ağacların icarədar Ucar rayon sakini Ramil Abdullayev tərəfindən kəsildiyini bildirib. Faktla bağlı akt tərtib olunub və təbiətə 4810 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO