Nazirlik: Toz-dumanın miqdarı sanitar norma daxilindədir
Bizi izləyin

Ekologiya

Nazirlik: Toz-dumanın miqdarı sanitar norma daxilindədir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarı ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 20 aprel 2018-ci il tarixində səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib.

Məlumata əsasən, buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm