Yeni nazir ilk işini gördü - FOTO
Bizi izləyin

Ekologiya

Yeni nazir ilk işini gördü - FOTO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “İqlim dəyişmələrinə adaptasiya sahəsində meteorologiya təşkilatlarının vacib rolu” mövzusunda Konfrans keçirilib.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, konfrans Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Petteri Taalasın Azərbaycana səfəri çərçivəsində baş tutub.

Konfransda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Ümumdünya Meteorologiya Təşkilatının Baş Katibi Petteri Taalas, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi Qulam İsaqzai və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri xanım Mələk Çakmak beynəxalq təşkilatların, dövlət qurumlarının, elmi-tədqiqat institutlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir çərçivəsində həmçinin Azərbaycan Respublikası və Ümumdünya Meteorologiya Təşkilatı ilə hüquqi bazanın möhkəmləndirilməsi məqsədilə “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Ümumdünya Meteorologiya Təşkilatı arasında Anlaşma Memorandumu” imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm