Ekologiya
Lənkəranda qanunsuz yolla əldə olunmuş meşə materialı aşkarlandı
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lənkəran rayonu Tükəncil kəndinin həyətyanı sahələrində meşə materiallarının yığılması ilə bağlı daxil olan məlumat Ətraf Mühitin Mühafizəsi Departamentinin və Lənkəran Günəhir kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə dərhal yerində araşdırılıb.
ETSN-dən Publika.az-a verilən məlumata görə, kəndin həyətyanı sahələrinə keçirilən baxış zamanı ümumilikdə 29.6 kub metr həcmində 3251.12 manat dəyərində qanunsuz yolla əldə olunmuş meşə cinsli ağaclardan hazırlanmış taxta və girdə işlik meşə materialları aşkar edilib.
Faktlarla bağlı həyətyanı sahələrin sahibləri Əlirza Baxşıyev və Hakim Bayramov barəsində qanunvericiliyə uyğun sənədləşmə aparılıb. Hazırda meşə materiallarının kəsildiyi ərazilərin müəyyənləşdirilməsi və zəruri tədbirlərin görülməsi istiqamətində işlər davam etdirilir.
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO