Həftə sonu səyahətə çıxanlar üçün HAVA PROQNOZU
Bizi izləyin

Ekologiya

Həftə sonu səyahətə çıxanlar üçün HAVA PROQNOZU

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi rayonlarında iki gün ərzində mülayim, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın temperaturu dağətəyi rayonlarda 26-30, dağlıq rayonlarda isə 17-22 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsinə üz tutanları mülayim isti, küləksiz hava şəraiti gözləyir. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında temperatur 33 dərəcəyədək yüksələcək və hava günəşli olacaq.

Naxçıvan MR-da mayın 20-də axşam az yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

Paytaxt qonaqlarının nəzərinə çatdıraq ki, yaxın iki gün ərzində mülayim-cənub istiqamətli külək əsəcək, günəşli, yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm