Nazirlik Əhməd Əhmədovla bağlı Baş Prokurorluğa müraciət etdi
Bizi izləyin

Ekologiya

Nazirlik Əhməd Əhmədovla bağlı Baş Prokurorluğa müraciət etdi

Kürdəmir rayonu Köhünlü kəndi ərazisində köküstə yaş 14-40 sm diametrliyində 9 ədəd ağac kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinin araşdırması zamanı ağacların Kürdəmir rayon sakini Əhməd Əhmədov tərəfindən kəsildiyi və təbiətə 2230 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm