Ekologiya
Bayıldakı sürüşmə ilə bağlı Nazirlər Kabinetindən VACİB TAPŞIRIQ: 1 ay ərzində...
“Bayıl yamacında baş verən sürüşmə sahəsində geoloji işlər sürətləndirilib. Geoloji araşdırmanın bir ay ərzində yekunlaşması ilə bağlı Nazirlər Kabinetindən tapşırıq verilib”.
Bunu Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralovun sözlərinə görə, təsdiq edilmiş plan əsasında aparılan geoloji işlər qısa zamanda yekunlaşacaq:
“Bu ayın sonuna kimi çöl işlərini yekunlaşdırıb, gələn ayın birinci yarısında yekun hesabatı Nazirlər Kabinetinə təqdim edəcəyik. Bundan sonra aidiyyəti qurumlar iş aparıb, ərazidən müvəqqəti olaraq köçürülən ailələrin orada yaşayıb-yaşamayacağı barədə qərar verəcək”.
Ə.Qaralov Bayılın Buxta küçəsində mayın 15-də baş verən sürüşmə ərazisində quraşdırılan mayaklarda mütəmadi monitorinqlər apardıqlarını deyib:
“Bu saata olan məlumata görə, sürüşmə sahəsində aktivlik müşahidə edilmir. Həmin küçədə sovet dövründə tikilmiş binaya bitişik yarımtıkilidə baş vermiş çatda da dəyişiklik qeyd alınmır. Tikilidə 15 sm çat yaranıb, lakin o bina üçün təhlükə yaratmır”.
Ekspedisiya rəisi Şamaxıdakı sürüşmədən də danışıb. O vurğulayıb ki, yerli sakinlər və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müraciəti əsasında rayonun sürüşmə sahələrində monitorinqlər aparılıb:
“Rayondan ümumilikdə “Qaynar xətt” xidmətinə 37 müraciət daxil olub, onların 17-si İcra Başçısının adından edilib. Həmin müraciətlər əsasında əməkdaşlarımız ərazidə olub. Rayonun Muğanlı, Dədəgünəş, Çaylı və digər yaşayış məntəqələrində müşahidələr aparılıb. Lakin sürşümə sahələrində aktivlik qeydə alınmayıb”.
Gülxar
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO