Ovçuluqla bağlı yeni layihə
Bizi izləyin

Ekologiya

Ovçuluqla bağlı yeni layihə

“Azərbaycanda gələcəkdə ov fəaliyyətinin məhdudlaşdırılması barədə layihə hazırlanıb”.

Publika.az xəbər verir ki, bu sözləri Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə mətbuat konfransında deyib.

H.Əlizadə bioloji müxtəlifliyi qoruyan təşkilat olaraq ov fəaliyyətinin məhdudlaşdırılmasına maraqlı olduqlarını bildirib:

“Bununla yanaşı biz uzun müddət bu işlə məşğul olan, istirahətini bu işlə təmin edən şəxslərin marağını nəzərə alırıq. Naxçıvan Muxtar Respublikasında ovçuluqla bağlı təcrübə var. Belə ki, Muxtar Respublikada ovçuluğa məhdudiyyət qoyulub, bununla da heyvanların sayında artım qeydə alınıb. Bununla bağlı layihə hazırlanıb, bu məsələ hissə-hissə həyata keçirilə bilər. Gələcəkdə ov məsələsində məhdudiyyətə nail olmağa çalışacağıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm