7 ərəb məcburi şəkildə Azərbaycandan çıxarıldı: BUNU ETDİKLƏRİ ÜÇÜN
Bizi izləyin

Ekologiya

7 ərəb məcburi şəkildə Azərbaycandan çıxarıldı: BUNU ETDİKLƏRİ ÜÇÜN

“Bu ilin üç ayı ərzində yeddi xarici vətəndaş qanunsuz ov etdiyi üçün saxlanılıb. Onlar iki min manat cərimə edilib və ölkədən məcburi çıxarılıb”.

Publika.az xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə deyib.

H.Əlizadə vurğulayıb ki, cərimələnən xaricilər əsasən körfəz ölkələri vətəndaşlarıdır. Qanunsuz ov etdiyi üçün deportasiya edilən xarici vətəndaşlar qanunvericiliyinin tələblərinə uyğun olaraq ölkəyə buraxılmır:

“Azərbaycan respublikasının üzərinə götürdüyü beynəlxalq konvensiyalar və yerli qanunvericilik əsasında xarici vətəndaşların ov etməsinə icazə verilir. Xarici ovçular ilk növbədə turistlərdir. Bununla yanaşı, xaricilərin ovunu tənzimləmək üçün bir sıra qaydalar hazırlanıb. Biz çalışacağıq ki, mövsüm ərzində qanunvericiliyə uyğun sahələrdə ov etsinlər. Biz turizmin inkişafında maraqlıyıq. Lakin turistlərin ov turlarını təşkil edən şirkətlər qanunvericiliyi pozmamalıdırlar. Eyni zamanda, xarici vətəndaşların da ov qaydalarına əməl etmələrinə maraqlı olmalıdırlar. Ola bilər əcnəbilər yerli qanunvericilikdən xəbərsiz olsun, lakin həmin şirkətlər qanunları bilməlidirlər. Həmin şirkətlər Azərbaycanda ovuna icazə verilən heyvanlar və ərazilər barədə məlumatlı olmalıdır. Bu öhdəliklərə əməl edən şirkətlərlə əməkdaşlığa hazırıq”.

H.Əlizadə onu da vurğulayıb ki, ötən il və bu ilin dörd ayında 300 qədər Azərbaycan vətəndaşı saxlanılıb. Nazirlik rəsmisi qanunsuz ov edənlərə qarşı cərimələrin artırılması barədə qanunvericilik bazasının hazırlandığını deyib:

“Hazırda ovçuluqla bağlı qanunvericiliyi pozanlara qarşı cərimələr 2004-cü ildə təsdiq edilmiş qərara əsasən həyata keçirilir. Bu cərimələrin daha da sərtləşdirilməsinin tərəfdarıyıq. Bununla bağlı hazırlanan layihədə bəzi cərimələrin beş dəfəyə qədər artırılmasını təklif edirik. Bununla da qanun pozucularına qarşı daha sərt tədbirlər görüləcək. Bu il ərzində qanunsuz ov edənlərlə bağlı hüquq mühafizə orqanlarına müraciət etmişik. Onlara qarşı azadlıqdan məhrumetmə cəzasının verilməsini istisna edilmir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm