Ekologiya
Mingəçevirdə 35 yaşlı ağac qəsdən qurudulur - FOTO
Mingəçevir şəhərində 30-35 il öncə əkilən Qovaq ağacının qəsdən qabığı soyulub.
"Report"un məlumatına görə, Mingəçevir Şəhər Dezinfeksiya Stansiyasının həyətində yerləşən bu ağac naməlum şəxs və ya şəxslər tərəfindən qəsdən onu qurutmaq məqsədi ilə bu vəziyyətə salınıb.
Stansiyanın şöbə müdiri Zahid Məmmədovun bildirdiyinə görə, idarə işçiləri təxminən 2 ay öncə bayram tətilindən qayıtdıqdan sonra bu mənzərə ilə üzləşiblər.
Kök hissəsindən təxminən bir metr hündürlükdən soyulan ağacın qabığı da elə yaxınlığına atılıb. Səkkiz saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları faktla bağlı irigövdəli ağacın yerləşdiyi əraziyə baxış keçiriblər.
İdarənin sektor müdiri Qərib Abdullayev məsələ ilə bağlı adiyyəti şəxslərdən izahat alınaraq akt tərtib ediləcəyini və cavabdehlərin tapılması üçün müvafiq qurumlara məlumat veriləcəyini bildirib.
Yaşıllıqların məhv edilməsinə görə cərimələr bitkinin cinsindən, ölçüsündən asılı olaraq dəyişir.
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı
-
Nida Xəbər 00:37
"Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur" - Paşinyan
-
İdman00:22
"Fənərbağça" çempionluq yolunda ağır zərbə aldı
-
Qoroskop00:07
Günün qoroskopu: cəsarətli olun, uğur sizin olacaq!