Azərbaycanda rusdilli məktəblər ləğv edilir?
Bizi izləyin

Elm və təhsil

Azərbaycanda rusdilli məktəblər ləğv edilir?

Azərbaycanda rusdilli məktəblər ləğv edilir?

“Azərbaycanda 90 min şagird rus dilində təhsil alır. Bunu necə arqumentləşdirmək olar? Dövlət dilimiz Azərbaycan dilidir. Bu, Konstitusiyanın tələbidir və istər təhsil, istərsə də digər istiqamətlərdə həyata keçirilən siyasət ana qanunumuzun tələbinə uyğunlaşdırılmalıdır”.

Картинки по запросу elçin mirzəbəyli

Bu fikirlər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Elçin Mirzəbəyliyə məxsusdur.

O, ölkədə rusdilli məktəblərə marağın təhsilin keyfiyyəti ilə əlaqələndirməsinin də əsaslı olmadığını deyib: “Bəziləri deyəcək ki, “rus dilində təhsil daha keyfiyyətlidir...”. Əgər belədirsə, Azərbaycan dilində təhsili daha keyfiyyətli edin. Buna kim mane olur?

…Başqalarını bilmirəm, amma mən Azərbaycanda rus dilində təhsil almaq istəyənlərin sayı ən azı 90 nəfərə çatanda daha çox sevinəcəyəm”.

Bəs BAXCP rəsmisinin dediyi kimi rusdilli məktəblərin sayını azaltmaq nə qədər realdır?

Publika.az bu sualla ekspertlərə müraciət etdi:

Картинки по запросу əjdər ağayev

Təhsil eksperti Əjdər Ağayev fikirlərini belə izah etdi: “Təhsilə aid sənədlər ana dili ilə yanaşı, xarici dillərdə təhsil almaq imkanını verir. Ölkədə təhsil siyasəti də həmin qanunlara əsaslanır. Əvvəllər təlim Azərbaycan dilində olan məktəblərin sayı çox, rusdillilərin sayı çox az idi. Lakin zamanla insanlar gördülər ki, bu səviyyənin aşağı düşməsinə səbəb olur. Danılmaz faktdır ki, təlim rus dilində olan məktəblərin əksəriyyətində uşaqların fəallığı, dünyagörüşü və təhsilin keyfiyyəti yüksəkdir. Əksinə təlim Azərbaycan dilində olan məktəblərdə isə əksəriyyətində əksinə müəllim şagird münasibətləri çox pisdir, müəllimlər sadəcə uşaqları yükləməklə məşğuldur. Bunu nəzərə alan valideynlər də uşaqlarını təlim rus dilində olan məktəblərə maraq göstərirlər”.

Bununla yanaşı ekspert ölkədə yaşayan rusdilli xalqın da hüquqlarının pozulmasının da doğru olmadığını deyir. Yəni xarici vətəndaşlar öz dilində təhsil almaq imkanı yaradılmalıdır.

Rusdilli təhsil alanlar arasında rus, yəhudi, ləzgi var. Biz multikultural ölkəyik. Hər bir millətin öz dilində və ya istədiyi dildə təhsil almasına imkan yaratmalıyıq. Məktəblərimizdə təlim ana dilində olmalıdır. Yalnız xaricilər uşaqlarını rus dilində oxutsa, yaxşı olar.

Mən də Azərbaycan dilində təlim aparılan məktəblərin keyfiyyətinin yüksəldilməsinin tərəfdarıyam. Lakin təəssüf ki, biz bunu müşahidə etmirik. Bəzi liseylər, gimnaziyalarda yeni təlim üsulları, strategiyalar tətbiq olunur. Ancaq onlar əsasən ödənişli olduğuna görə hər valideynin buna imkanı çatmır. Onların bir çıxış yolu qalır, o da təlim rus dilində olan məktəbləri seçmək”.

Картинки по запросу fazil mustafa

Millət vəkili Fazil Mustafa da rus dilinin yalnız xarici dil status ilə tədris edilməsinin tərəfdarı olduğunu deyir: “İngilis dili kimi rus dili də yalnız xarici dil kimi tədris edilə bilər. Tələbat ola bilər. Lakin bu dövlətin gələcək maraqlarını üstələməməlidir. Dövlət şagirdlərin rus dilində təhsil almasına imkan yaratmalıdır. Ancaq bu ayrıca rusdilli məktəb və ya rus bölmələri səviyyəsində olmamalıdır. Azərbaycan üçün rus dilinin öyrənilməsi çox vacib olduğunu nəzərə alırıq. Son vaxtlar Türk məktəblərindən olan təhlükəni biz əvvəldən görürdük. İndi də rus məktəbləri ilə bağlı da oxşar fikirləri səsləndiririk. Rus dilində tədris alanların çox olması gələcəyimiz üçün xoş informasiya deyil. Bunun nəticələri xoşagələn deyil və bu istiqamətdə düşünməyə dəyər”.

Millət vəkilinin fikrincə, insanların seçimləri nəzərə alınaraq rusdilli məktəblərin sayı tədricən azaldılmalıdır: “Qərar qəbul edərkən hər bir insanın seçimini, taleyini düşünmək lazımdır. Azərbaycan dilli məktəblərin keyfiyyətinin yüksəldilməsinə diqqət edilməlidir. Ölkəmizdə rus dilinin aurasının bu qədər qorunması xoşagəlməz haldır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm