BDU-nun tələbələri ABŞ Dövlət Departamentinin proqramında
Bizi izləyin

Elm və təhsil

BDU-nun tələbələri ABŞ Dövlət Departamentinin proqramında

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri “Peer 2 Peer” proqramında iştirak edirlər.

Universitetdən Publika.az-a verilən məlumata görə, proqramda fakültənin Beynəlxalq jurnalistika kafedrasının müəllimi Vəfa İsgəndərova və fakültənin 11 tələbəsi “Solution” komandası ilə ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət bürosunun təşkil etdiyi “Peer 2 Peer” adlı Ekstremizmlə mübarizə proqramında iştirak edirlər.

ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən Beynəlxalq jurnalistika kafedrasına təqdim edilən proqramın əsas mahiyyəti sosial media üzərindən ekstremizm əleyhinə mübarizə aparmaq (təlimlər, sosial çarxlar, treninqlər, müxtəlif yayım məhsulları vasitəsilə və s.) və sülhməramlı inkişafa dəstək olmaqdır.

Qeyd edək ki, bu proqrama hər il dünyanın 300-dən çox universitetinin komandası qoşulur. Universitetin “Solution” komandası üç mövzu – gender problemi, yaş ayrı-seçkiliyi və fiziki qüsurlu insanlara dəstək məsələləri üzrə işlər aparırlar. Sözügedən proqram çərçivəsində tələbələr “Gender bərabərliyi” mövzusunda təlim keçirib, mövzu ilə bağlı prezentasiya göstərib, geniş diskussiya aparıb, qadın sığınacağında olub, cəmiyyətdən təcrid olunmuş, atılmış qadınların problemləri ilə daha yaxından maraqlanıb və mediada işıqlandırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm