Elm və təhsil
Dövlət İmtahan Mərkəzi BDU-da tədbir keçirib
Bu gün Bakı Dövlət Universitetində Dövlət İmtahan Mərkəzilə (DİM) birlikdə "Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti haqqında ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi" mövzusunda tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə DİM-in keçirdiyi imtahanlarda BDU məzunlarının üstünlük təşkil etdiyi vurğulanıb.
DİM-in təşkil etdiyi tədbirdə ali təhsil ocağının professor-müəllim heyəti və tələbələr iştirak edib.
Rektor, akademik Abel Məhərrəmov bildirib ki, tədbir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na uyğun keçirilir. Rektor dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsindən, dövlət qulluğuna qəbulun mərkəzləşdirilmiş qaydada aparılmasından bəhs edib.
Sonra DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə çıxış edərək, dövlət qulluğu sahəsində dövlət siyasətinin artıq Mərkəz tərəfindən həyata keçirildiyini bildirib. Qeyd edib ki, Mərkəzin üzərinə düşən əsas fəaliyyətlərdən biri də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir.
Tədbirin sonunda iştirakçıların çoxsaylı suallarını cavablandırılıb.
Zümrüd
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR