234 şagird imtahandan şikayət etdi, 91-nin nəticəsi dəyişdi
Bizi izləyin

Elm və təhsil

234 şagird imtahandan şikayət etdi, 91-nin nəticəsi dəyişdi

Dövlət İmtahan Mərkəzinin Apelyasiya Komissiyasına 234 şagird və abituriyent müraciət edib.

DİM-dən Publika.az-a verilən məlumata görə, ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına açıq tipli tapşırıqlar ilə əlaqədar 234 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,20%-i) 1419 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Onlardan 91 şagirdin (bütün imtahan verənlərin 0,08%-i) cəmi 124 tapşırıq (bütün tapşırıqların 0,005%-i,) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm