Elm və təhsil
Hesablama Palatası Sumqayıt Dövlət Universitetində qanunsuzluqlar aşkarladı
Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq dövlət büdcəsindən Sumqayıt Dövlət Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının istifadəsi ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiq edib.
Palatadan verilən məlumata görə, universitetin gəlirləri 2014-cü
ildə 6 mln. 332,1 min manat, 2015-ci ildə 7 mln. 375,3 min manat,
2016-cı ildə 9,174 mln. manat, xərcləri müvafiq olaraq 5 mln. 690,3
min manat, 6 mln. 858,9 min manat və 8 mln. 418,7 min manat
olub.
2016/2017-ci tədris ilində bakalavriat təhsil səviyyəsi üzrə
Universitetin tələbə qəbulu planı 40 ixtisas üzrə 1865 nəfərə qarşı
1394 nəfər və ya 74,7% yerinə yetirilib, dövlət sifarişi əsasında
təhsil alan tələbələrin sayı 100 nəfər, ödənişli əsaslarla təhsil
alan tələbələrin sayı 1294 nəfər təşkil edib. Tələbə qəbulu planı
Ekologiya mühəndisliyi" ixtisası üzrə 100% yerinə yetirilsə də
"Riyaziyyat" ixtisası üzrə 23,3%, "İnformasiya texnologiyaları"
ixtisası üzrə 10%, "Psixologiya" ixtisası üzrə 20% yerinə
yetirilib, "Kimya", "Biologiya" və "Müsiqi müəllimliyi" ixtisasları
üzrə isə tələbə qəbulu olmayıb.
Tələbə qəbulu planı 2014/2015 tədris ilində 36 ixtisas üzrə 1385
nəfərə qarşı 1242 nəfər və ya 89,7% yerinə yetirilib, dövlət
sifarişi əsasında təhsil alan tələbələrin sayı 80 nəfər, ödənişli
əsaslarla təhsil alan tələbələrin sayı 1162 nəfər, 2015/2016 tədris
ilində 41 ixtisas üzrə 1695 nəfərə qarşı 1348 nəfər və ya 79,5%
yerinə yetirilib, dövlət sifarişi əsasında təhsil alan tələbələrin
sayı 87 nəfər, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı 1261
nəfər təşkil edib.
Magistratura təhsil səviyyəsi üzrə Universitetin tələbə qəbulu
planı 2014/2015 tədris ilində 174 nəfərə qarşı 113 nəfər və ya
64,9% (dövlət sifarişi 30 nəfər, ödənişli təhsil üzrə 83 nəfər),
2015/2016-cı tədris ilində 213 nəfərə qarşı 108 nəfər və ya 50,7%
(dövlət sifarişi 35 nəfər, ödənişli təhsil üzrə 73 nəfər),
2016/2017-ci tədris ilində 229 nəfərə qarşı 100 nəfər və ya 43,7%
(dövlət sifarişi 18 nəfər, ödənişli təhsil üzrə 82 nəfər) yerinə
yetirilib.
Auditlə əhatə olunan illərdə təhsil alanlar tərəfindən qabaqcadan ödənilmiş təhsil haqqı məbləğləri kreditor borcu kimi, müxtəlif səbəblərdən universitetdən xaric edilmiş, akademik məzuniyyətə gedən xarici və yerli tələbələr, doktorant və dissertantlar üzrə ödənilməmiş təhsil haqqı borcu debitor borc kimi uçota alınmayıb, təhsil haqqının düzgün müəyyən edilməməsi nəticəsində təhsil haqqı az alınıb, dövlət sifarişi ilə təhsil alan və tədris ilini tam başa vurmadan müxtəlif səbəblərdən universitetdən xaric olunan tələbələrin təhsil haqqı üzrə ödənilmiş vəsait geri qaytarılmayaraq müxtəlif məqsədlərə istifadə edilib, akademik borca görə təkrar təhsilə cəlb olunmuş tələbələrdən kredit haqqının alınması təmin edilməyib, dövlət sifarişi ilə təhsil alan tələbələrin 2014/2015-ci tədris ilində 60,2%-i, 2015/2016-cı tədris ilində 76,4%-i, 2016/2017-ci tədris ilinin payız semestrində isə 69,1%-i imtahanlarda aşağı nəticələr göstəriblər.
Malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət
satınalmaları haqqında” qanunun, “Kotirovka sorğusu prosedurunun
təşkili və keçirilməsinə dair Təlimat”ın və satınalmalarla əlaqədar
digər qanunvericilik aktlarının bəzi tələblərinə əməl edilməyib,
bəzi hallarda malların (işlərin və xidmətlərin) satınalma məbləği
ayrı-ayrı müqavilələrə bölünərək icra edilib, həmçinin,
satınalmalarda iştirak etmək məqsədilə satınalan təşkilata satın
alınacaq malların siyahısı və şərtlər toplusunun əldə edilməsi
məqsədilə şirkətlər tərəfindən ərizə ilə müraciət edilmədiyi halda
onlara qiymət təklifləri təqdim edilib, malların alışını təsdiq
edən qaimə-fakturanın yekun məbləğinin artıq göstərilməsi
nəticəsində artıq vəsait ödənilib, malların ehtimal olunan
qiymətləri düzgün müəyyən edilmədiyindən tenderdə qalib təşkilatın
qiymət təklifləri bazar qiymətlərindən baha olub və nəticədə
auditlə əhatə olunan dövrdə mal-materialların alınması üçün artıq
xərcə yol verilib, bununla yanaşı tələbat olmadığı halda alınmış
avadanlıqlar uzun müddət istifadəsiz saxlanılmaqla səmərəsiz xərcə
yol verilib.
Təmir-tikinti işləri zamanı layihə-smeta sənədləri tərtib olunmayıb
və təmir işlərinin ehtimal olunan qiymətinin təyin edilməsi üçün
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət
Dövlət Agentliyi yanında Tikintidə Qiymətqoyma Mərkəzinə müraciət
edilməyib, yerinə yetirilməmiş təmir işlərinə görə podratçıya
vəsait ödənilib, “Təmir məsrəflərinin mühasibat uçotunda əks
etdirilməsinə dair Qaydalar”ın tələbləri gözlənilməyərək cari təmir
xərclərinin normadan artıq hissəsi müvafiq əsas vəsaitlərin
dəyərinə əlavə edilməyib, maliyyə hesabatları tərtib edilərkən
“Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun
olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair Təlimat”ın
bəzi tələbləri gözlənilməyib, təsərrüfat fəaliyyətinin nəticələri
bəzi hallarda maliyyə hesabatlarında düzgün əks etdirilməyib.
Hesablama Palatasının Kollegiyası yol verilmiş nöqsanların əksər
hissəsinin audit dövründə aradan qaldırıldığını nəzərə almaqla
auditlə müəyyən edilmiş digər nöqsanların qısa müddət ərzində
aradan qaldırılması və nöqsanlara yol vermiş vəzifəli şəxslərin
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi,
həmçinin görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat
verilməsi məqsədilə Təhsil Nazirliyinə və Sumqayıt Dövlət
Universitetinə Kollegiya qərarının surətinin göndərilməsi qərara
alınıb.
Auditin nəticələri üzrə Milli Məclisə məlumat göndərilib. (apa)
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...