Boş qalan yerlərə qəbul olanların qeydiyyatı başladı
Bizi izləyin

Elm və təhsil

Boş qalan yerlərə qəbul olanların qeydiyyatı başladı

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyatı başlanır.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, sənəd qəbulu sentyabrın 8‑dən 13‑dək aparılacaq.

Tələb olunan sənədləri təqdim etməklə qəbul olunduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm