"Məktəblərdə iş dəftərlərinin alınması məcburi deyil" - Məhəbbət Vəliyeva
Bizi izləyin

Elm və təhsil

"Məktəblərdə iş dəftərlərinin alınması məcburi deyil" - Məhəbbət Vəliyeva

"Məktəblərdə iş dəftərlərinin alınması məcburi deyil".

Publika.az-ın xəbərinə görə, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bəzi məktəblərdə iş dəftərlərinin alınmasının məcburi olmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu dəftərlərin alınmasında heç bir məcburiyyət yoxdur, sadəcə uşağın əlavə işi üçün lazım olan tapşırıq dəftəridir.

“Şagirdlərinin inkişafını təmin edən əlavə tədris materiallarının çoxluğu uşaqların təhsilinə xidmət edir. Bu məsələdə təhsil idarəsi olaraq bizim hər hansı məhdudiyyətimiz yoxdur, lakin məcburiyyət də qoya bilmərik. Bəzi hallarda uşaqlarla iş zamanı müəllimlər öz yanaşmalarından istifadə edirlər. Cəmiyyətdə bu məsələ ətrafında narazılıqlara son qoymaq üçün təhsil idarəsi olaraq tabeliyimizdəki Təlimə dəstək Mərkəzi nəinki ibtidai sinif, bütün fənlər üzrə müəllimlərin fəaliyətini istiqamətləndirəcək. Düşünürəm ki, bu zaman müəllimlərə lazımi və səmərəli tövsiyələr veriləcək”, - deyə M.Vəliyeva əlavə edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm