Azərbaycan dilçiliyində hadisə: Mirzə Kazımbəyin kitabı öz dilimizdə
Bizi izləyin

Elm və təhsil

Azərbaycan dilçiliyində hadisə: Mirzə Kazımbəyin kitabı öz dilimizdə

Dünya şöhrətli həmyerlimiz, rus şərqşünaslığının patriarxı, Kazan və Sankt-Peterburq Universitetlərinin ordinar professoru və Sankt-Peterburq Universi­tetində Şərq fakültəsinin ilk dekanı Mirzə Kazımbəyin məşhur “Türk-tatar dilinin ümumi qrammatikası” əsəri Azərbaycan dilinə çevrilib.

Publika.az xəbər verir ki, Azərbaycan dilinin ilk elmi qrammatkası olan kitabın nəşrindən 178 il sonra onu rus dilindən doğma dilimizə tərcümə edən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Nəzəri diliçilik” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor İdris Abbasovdur.

Üç hissə və iyirmi iki fəsildən ibarət min səhifədən artıq olan bu nəhəng işin önəmi mütərcimin orijinal mətnin tərcüməsi ilə yanaşı, kitaba öz tədqiq və şərhlərini də əlavə etməsidir. Bu məqsədlə tərcüməçi-alim İ.Abbasov M.Kazımbəydən əvvəl və onun yaşadığı dövrdə rus, fransız, ingilis, ərəb, italyan, latın, ispan, alman və digər dillərdə yazılmış fundamental əsərləri müqayisəli tədqiqata cəlb etmişdir.

Elmi ictimaiyyət tərəfindən maraqla qarşılanan və Azərbaycan dilçiliyində mühüm hadisə kimi qiymətləndirilən kitabın məsləhətçisi mərhum dilçi-alim, akademik Tofiq Hacıyev, elmi redaktoru əməkdar elm xadimi, akademik Nizami Cəfərov, redaktorları isə filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun müqayisəli-tarixi və tipoloji dilçilik ixtisası üzrə dissertantı Elnurə Abbasovadır.

Zən­gin linq­vis­tik-fi­lo­lo­ji fakt­la­r təqdim edən irihəcmli mükəmməl əsər də­yər­li təd­­qi­qat­lar üçün əvəz­siz mən­bə­dir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm