Elm və təhsil
Məleykə Abbaszadə qəbul imtahanlarındakı yeniliklərin BƏZİ DETALLARINI AÇDI - YENİLƏNDİ
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanlarına salınacaq fənlərdən danışıb.
Trend-in məlumatına görə, M.Abbaszadə qeyd edib: "Hazırda 10-cu sinifdə oxuyan şagirdlərin valideynləri narahatdır, onlar hansı fənlərdən imtahan olacağını bilmirlər. 2019-cu ildəki buraxılış imtahanlarında olan fənlər indiki buraxılış imtahanlarında olan fənlər olacaq - Ana dili, riyaziyyat və xarici dil. Amma buraxılış imtahanının formatı bu il 9-cu sinif buraxılış imtahanındakı birinci mərhələdəki kimi olacaq".
M.Abbaszadə bildirib ki, 2019-cu ildə buraxılış imtahanında şagirdlər tərəfindən toplanan nəticələr qəbul imtahanlarında topladığı nəticələrin üstünə gələrək cəmlənəcək və bununla da ümumi nəticə əldə olunması nəzərdə tutulub: "Məsələn, buraxılış imtahanında toplanan bal 300-dürsə, o bal qəbul imtahanında olan nəticənin üstünə gəlir və beləliklə, ümumi balla müsabiqə keçirilir".
***
2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında heç bir dəyişiklik olmayacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Qurum rəhbəri bildirib ki, imtahanlarda dəyişikliklərin edilməsi 2019-cu ildə nəzərdə tutulub:
"Bu təbiidir. 2017-ci ildə də bu məsələ ilə bağlı ilk addım atılıb. Bilirsiniz ki, 2009-cu ildən təhsil müəssisələrində kurikulum əsasında tədris qurulub. Bu il buraxılış imtahanları 9-cu sinifdə iki mərhələdə aparılıb. Buraxılış imtahanlarında tamamilə yeni növ qiymətləndirilmə, ölçmə materialları istifadə olunub. Bu tipli alətlər indi hazırlanır. Kurikulum əsasında tədris alan uşaqlar iki ildən sonra 11-ci sinifə çatanda buraxılış və qəbul imtahanlarında müəyyən dəyişikliklər nəzərdə tutulub".
M.Abbaszadə qeyd edib ki, dəyişiklik barədə yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcək.
İmtahan fənlərinin sayının azaldılmasına da toxunan DİM rəhbəri deyib ki, 2019-cu ildə qəbul imtahanlarında isə hər qrup üzrə 3 fənn təqdim olunacaq və yenə də 3 saat veriləcək:
"Bu prosesdə yalnız qapalı testlər yox, yeni növ tapşırıqlar öz əksini tapacaq. Həmin tapşırıqların cavabı göstərilməyəcək və abuturiyent cavabı özü tapacaq. Bu tapşırıqların yoxlanılması da yeni üsullarla olacaq".
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?