Elm və təhsil
Xalq Cümhuriyyətinə həsr olunmuş tədbirin vaxtı dəyişdi
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V beynəlxalq elmi konfransın vaxtı dəyişdirilib.
Bu barədə Publika.az-a Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun şöbə müdiri Nazim Xəlilov məlumat verib.
Onun sözlərinə görə, beynəlxalq konfrans aprelin 25-dən 29-dək Tarix İnstitutu, Türkiyənin Atatürk Araşdırma Mərkəzi və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək:
"Beynəlxalq konfransın “XX əsrdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları” və “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar” bölmələrində məruzələr dinləniləcək. Konfransın materialları çap olunacaq və iştirakçılara paylanılacaq. Məqalələr kodlaşdırılmalı (Azərbaycan, rus və ingilis dillərində açar sözlər, rus və ingilis dillərində xülasələrlə birlikdə) və fevralın 28-dək təşkilat komitəsinə göndərilməlidir".
Xatırladaq ki, bundan əvvəl beynəlxalq konfransın aprelin 11-15-də keçirilməsi nəzərdə tutulmuşdu.
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR