BDU-da Novruz tədbiri - FOTO
Bizi izləyin

Elm və təhsil

BDU-da Novruz tədbiri - FOTO

Bakı Dövlət Universitetində “Türk xalqlarında Novruz” adlı tədbir keçirilib.

Universitetin Mətbuat və İnformasiya şöbəsindən Publika.az-a verilən məlumata görə, rektor Abel Məhərrəmov Novruzun tarixi kökləri haqqında danışıb, bu bayramı sülh, dostluq, mənəvi saflıq, barışıq, birlik, təbiətin oyanışı kimi xarakterizə edib.

Novruzun xalqımız üçün həmişə əziz və müqəddəs bayram olduğunu və onun hər il təntənəli şəkildə keçirildiyini qeyd edən rektor əlamətdar gün münasibətilə müəllim-tələbə heyətini təbrik edib, onlara xoş arzularını bildirib. Rektor Ulu öndər Heydər Əliyevin milli mənəvi dəyərlərimizin qorunub saxlanılmasına və inkişafına daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini diqqətə çatdırıb. Bu əziz bayramın Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səyi nəticəsində 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edildiyini, habelə 2010-cu ildə 21 mart tarixinin BMT-nin Baş Assambleyası tərəfindən "Beynəlxalq Novruz Günü" elan olunduğunu deyən rektor Novruzun ürəklərə sonsuz sevgi və məhəbbət bəxş etdiyini vurğulayıb.

Sonra Filologiya fakültəsi və Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə hazırlanmış türk xalqlarının Novruz bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələrini əks etdirən səhnəciklər, ədəbiyyat nümünələri və mahnılar səsləndirilib.

Qardaş Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanın ölkəmizdəki səfirliklərinin nümayəndələrinin, çoxsaylı qonaqların iştirak etdiyi tədbir türk xalqlarının milli adət-ənənələri, Novruz rəmzlərini əks etdirən sərgilər, bayram süfrələrinin nümayişi ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm