Namazov vəzifəsindən uzaqlaşdırılıb? - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Elm və təhsil

Namazov vəzifəsindən uzaqlaşdırılıb? - RƏSMİ AÇIQLAMA

Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Nizami Namazovun vəzifəsindən azad edildiyi ilə bağlı xəbərlər yayılıb. Faktı dəqiqləşdirmək məqsədilə sözügedən qurumla əlaqə saxladıq.

Şöbədən Publika.az-a verilən məlumata görə, müdir Nizami Namazovun işdən könüllü şəkildə ayrılması xəbəri yalandır. O, hazırda iş başındadır və vəzifə səlahiyyətlərini yerinə yetirməyə davam edir.

N.Namazov özü isə Publika.az-a hazırda iclasda olduğunu və danışmaq imkanın olmadığını söylədi.

N.Namazov uzun müddət Sumqayıt Dövlət Universittetinin prorektoru vəzifəsində çalışıb. 2016-cı ilin noyabr ayından etibarən isə Sumqayıt şəhər Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm