Elm və təhsil
Sona Vəliyeva: "İstərdim ki, Türkiyə universitetləri qəbulu "Kaspi"də keçirsin"
"Bizim bir çox ölkələrin nüfüzlu universitetləri ilə sıx əməkdaşlığımız var".
Publika.az xəbər verir ki, bu sözləri Bakıda "Kaspi" Təhsil şirkətinin təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan təhsil körpüsü" adlı təhsil konfransında çıxış edən "Kaspi" qəzetinin təsisçisi, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva bildirib.
Sona Vəliyeva ulu öndər Heydər Əliyevin təhsil haqqında dediyi fikirləri xatırladıb: "Heydər Əliyev "Təhsil bir millətin gələcəyidir. Əgər, istəyirsizsə bir millətin gələcəyi möhkəm olsun, onun təhsilinə fikir vermək lazımdır" - deyə bildirib. Prezident İlham Əliyev də "qara qızıl"ın insan kapitalına çeviləçəyi tezisini irəli sürüb.
Mən üzümü türkiyəli qonaqlara tutaraq deyirəm ki, təhsil üçün gəldiyiniz Azərbaycan sizin doğru məkanınızdır".
Sona Vəliyeva qeyd edib ki, "Kaspi" şirkəti bir çox ölkələrin nüfuzlu universitetləri ilə əməkdaşlıq qurub: "Xarici ölkələrin müxtəlif yerlərinə oxumaq üçün göndərdiyimiz tələbələr artıq təhsil alıb qayıdaraq bizimlə çiyin-çiyinə çalışırlar.
Əminəm ki, Türkiyə ilə Azərbaycanın təhsil sahəsindəki əməkdaşlığı daha sürətlə inkişaf edəcək. Çox istərdim ki, Türkiyə universitetləri öz imtahanlarını bizim təhsil şirkətində keçirsinlər. Çünki müxtəlif ölkələrdə təhsil alan tələbələrimizin taleyi ilə daim maraqlanırıq. Təhsillərini başa vurduqdan sonra onları taleyini düşünürük. Bu mənada birgə işimiz yaransa, şad olarıq".
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...