Məktəblərdə uşaqları buna MƏCBUR EDİRLƏR - Elmira Süleymanova
Bizi izləyin

Elm və təhsil

Məktəblərdə uşaqları buna MƏCBUR EDİRLƏR - Elmira Süleymanova

“Pulsuz verilən dərmanların siyahısına yenidən baxılmalıdır”.

Publika.az bildirir ki, bu sözləri Ombudsman Elmira Süleymanova Milli Məclisin bugünkü plenar iclasında hesabat məruzəsi ilə çıxışı zamanı deyib.

O bildirib ki, həmin siyahıdakı bir sıra dərmanlar artıq ölkəyə gətirilmir:

“Bəzilərinin istifadəsi məhdudlaşdırılıb. Buna görə də bu məsələ yenidən gündəmə gəlməlidir”.

E.Süleymanova onu da vurğulayıb ki, təhsil sahəsində bir sıra məsələlər həllini tapsa da, qalan problemlər var:

“Bu problemlərdən biri şagirdlərin birinci sinfə qəbulunda özünü göstərir. Bu zaman bir sıra pozuntuları müşahidə edilir. Dərsliklərin keyfiyyəti, biliyi zəif olan uşaqların məktəbdən uzaqlaşdırılması kimi problemlər var. Bəzən məktəblərdə müəllimlər uşaqları zəruri olmayan əlavə dərs vəsaitlərinin almasına məcbur edir. Bu dərs vəsaitləri qısa zaman sonra yeniləri ilə əvəzlənir. Məktəbəqədər müəssisələrdə mövcud yerlərin sayı bu yaşlı uşaqların sayına uyğun gəlmir. Kənd məktəblərində də problemlər var. Bir neçə kəndin şagirdlərinin eyni məktəbdə təhsil alması problem yaradır. Bəzən bu şagirdlər meşədən keçərək, uzun yol qət edib məktəbə gəlir. Bu məktəblər nəqliyyatla təmin edilməlidir. Əks halda uşaqlar məktəbdən yayınacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm