Elm və təhsil
Qəbul planı AÇIQLANDI: Tibb Universitetində plan yerləri azaldıldı
"2018-2019-cu tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı təxminən 2303 yer (5,37 %) artırılaraq 45159-a çatdırılıb".
Bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, heç bir ixtisas qrupu üzrə qəbul planında azalma yoxdur: "İxtisas qrupları üzrə artım müxtəlifdir. Qəbul planı I ixtisas qrupunda 4%, II qrupda 3,5%, III qrupda 9%, V qrupda isə 8% artıb".
M.Abbaszadə əlavə edib ki, qəbul planında dövlət sifarişli yerlərin sayı 1,3 % artıb: "Bu da keçən illə müqayisədə 32 yer artım deməkdir. Müxtəlif artma o demək deyil ki, bütün universitetlərdə plan yerlərinin sayı artıb. Misal olaraq, Azərbaycan Tibb Universitetində plan yerlərinin 26 % azalıb. Müəyyən universitetlərdə isə yeni ixtisaslar açılaraq plan yerlərinin sayı artıb".
Direktorlar Şurasının sədri vurğulayıb ki, 9 illik bazadan kolleclərə qəbul planı 5% (572 yer) azalıb, 11 illik orta təhsil bazadan isə qəbul planı ötən ilə nisbətən 21% artıb: "11 illik bazadan kolleclərə qəbul planı 9 687 yerdir. Keçən il isə bu rəqəm 8004 idi. Təxminən 1683 yer artıb". (report)
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO