Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Dilqəm Əhmədin sərgisi - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Dilqəm Əhmədin sərgisi - FOTOLAR

Azərbaycan Universitetində yazıçı və jurnalist Dilqəm Əhmədin kolleksiyasındakı Azərbaycan Xalq Cümhuriyyəti (AXC) ilə bağlı tarixi sənəd, şəkil, məktub, kitab və digər materialların sərgisi təşkil olunub.

Universitetdən Publika.az-a bildiriblər ki, tədbir ali məktəbin “Azərbaycan Xalq Cümhuriyyəti Auditoriyası”nda sərgi-mühazirə formatında keçirilib.

Dilqəm Əhməd kolleksiyadakı sənədlərin tarixi və əldə olunması ilə bağlı məlumat verib. Bildirib ki, materialları əsasən İstanbul şəhərində toplayıb. O, burada mühacirlərin həyatda olan yaxınları və övladları ilə görüşüb, onların şəxsi arxivlərindəki sənədləri əldə edib.

Sərgidə Cümhuriyyət dövründə qəbul edilməyən gerbin orijinalı, Məhəmməd Əmin Rəsulzadənin Finlandiyada çəkdirdiyi şəkil, onun karandaşla çəkilmiş portreti, səhhəti haqqında dostlarına yazdığı məktublar, AXC-nin IX ildönümü münasibətilə İstanbulda çəkilmiş şəkli nümayiş olunur. Kolleksiyada Cümhuriyyətin birinci ildönümündə Bakıda İstiqlaliyyət küçəsindəki paraddan şəkil, Əlimərdan bəy Topçubaşovun orijinal fotosu, Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvlərindən Miryaqub Mirmehdiyevin M.Ə.Rəsulzadəyə imzalı olaraq göndərdiyi şəkli, AXC-nin rəsmi “Azərbaycan” qəzetinin redaksiya heyətinin şəkli, M.Ə.Rəsulzadənin dəfn şəkilləri və digər nadir sənədlər var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm