Jurnalist müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR
Bizi izləyin

Elm və təhsil

Jurnalist müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTOLAR

Bu gün Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdiyi, Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: "real vəziyyət və perspektivlər” fərdi jurnalist yazılarının mükafatlanma mərasimi təşkil olunub.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Müşahidə Şurasının rəhbəri Həsən Həsənov, eləcə də rayonun müxtəlif idarə və təşkilatlarının, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər iştirak edib.

Tədbirdə çıxış edən qonağlar Qaradağ rayonunun sosial-iqtisadi sahələrdə sürətli inkişafından, gələcək perespektivlərindən, həmçinin Azərbaycanda mətbuatın indiki durumu, əldə olunmuş uğurların obyektiv şəkildə çatdırılmasında kütləvi informasiya vasitələrinin rolundan, həmçinin bu yolda rayon icra hakimiyyəti ilə KİV arasında sıx əlaqələrin qurulmasından danışıb. Onlar mətbuatın inkişafında Heydər Əliyevin əvəzolunmaz xidmətlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirin sonunda müsabiqənin yekun nəticələri açıqlanıb, qalib jurnalistlər mükafatlandırılıb.
Qeyd edək ki, qaliblər arasında "Yeni Müsavat" qəzetinin əməkdaşı Nərgiz Liftiyeva da var. (musavat.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm