700 bal toplayan tələbə: "Əsas istəyim Prezident..." - FOTO
Bizi izləyin

Elm və təhsil

700 bal toplayan tələbə: "Əsas istəyim Prezident..." - FOTO

Mayın 20-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında 3 nəfər 700 bal toplayıb.

I ixtisas qrupu üzrə maksimum nəticə göstərən abituriyentlərdən biri Natiq Behdiyev adına İsmayıllı şəhər 6 saylı məktəbin məzunu Vasif Əsədovdur.

700 bal sevincini Publika.az-la bölüşən V.Əsədov imtahandan çıxanda maksimum nəticə göstərəcəyinə əmin olmadığını deyir:

“Cavabları yoxlayana qədər 700 bal toplayacağıma əmin deyildim. Düzdür, 700 bal toplamaq hər bir abituriyentin istəyidir. Lakin mənim əsas istəyim Prezident təqaüdünə layiq görülmək idi”.

V.Əsədov deyir ki, imtahanda uğurlu nəticə göstərmək üçün sistemli çalışmaq lazımdır:

“Orta məktəb dərslərimi hər zaman yaxşı oxumuşam, son iki ildə həm də repititor yanına getmişəm. Hesab edirəm ki, uğurlu nəticə üçün sistemli və ciddi çalışmaq lazımdır. Heç vaxt mobil telefonum olmayıb, heç marağında da olmamışam. Hesab edirdim ki, imtahanı verəndən sonra hər şeyi əldə etmək olar. Əsas məsələ istəyə çatmaqdır. Uğurun əsas şərti həm də istəyin olmasıdır. Mühəndis olmaq mənim arzum idi. Artıq seçimimi də etmişəm Bakı Ali Neft Məktəbində bu ixtisas üzrə təhsil almaq istəyirəm. Əlbəttə, planlarımda gələcəkdə xaricə getmək də var. Yəqin ki, magistratura təhsilimi xaricdə oxuyaram”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm