Deputatlar Azərbaycanda ali məktəbə qəbulun sadələşdirilməsini təklif edir
Bizi izləyin

Elm və təhsil

Deputatlar Azərbaycanda ali məktəbə qəbulun sadələşdirilməsini təklif edir

Azərbaycanda ali məktəblərə qəbul sisteminin sadələşdirilməsi təklif olunur.

Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Pərvin Kərimzadə bildirib ki, ali məktəblərə qəbulun sadələşdirilməsi ali təhsilin keyfiyyətinə və kəmiyyətinə də müsbət təsir edər.

O qeyd edib ki, xüsusilə fənn olimpiadalarının nəticələrinin, daha çox da respublika üzrə fənn olimpiadalarının nəticələrinin qəbul zamanı diqqətə alınması bu olimpiadaların statusunu da qaldırır. P. Kərimzadə bunun nəzərə alınmasını təklif edib.

Digər deputat Tahir Mirkişili də eyni təkliflə çıxış edib: “Hesab edirəm ki, ali məktəblərə qəbulu asanlaşdırıb, oranı bitirməyi çətinləşdirməliyik. Dünyanın hər yerində belədir”. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm