DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi
Bizi izləyin

Elm və təhsil

DİM 100-dən çox şagirdin imtahan nəticəsini dəyişdi

Ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının birinci mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının məlumatı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən Publika.az-a verilən məlumata görə, Apelyasiya Komissiyasına 208 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,18%-i) 1109 tapşırıq (bütün tapşırıqların 0,05%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib.

Onlardan 107 şagirdin (bütün imtahan verənlərin 0,09%-i) cəmi 153 tapşırıq (bütün tapşırıqların 0,007%-i) üzrə qiymətində dəyişiklik edilib. Digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm