Dövlət qulluğuna qəbul imtahanın nəticəsindən narazı olanların nəzərinə
Bizi izləyin

Elm və təhsil

Dövlət qulluğuna qəbul imtahanın nəticəsindən narazı olanların nəzərinə

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən Publika.az-a verilən məlumata görə, imtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində keçirilib və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 52 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AA3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 2 nəfər, AC1 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 1 nəfər, AC3 altqrupu üzrə 3 nəfər, AC4 altqrupu üzrə isə 2 nəfər olmaqla, ümumilikdə 10 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün mayın 29-dan iyunun 11-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə ali təhsil haqqında sənədin surəti, əmək kitabçasının surəti (olduğu halda) skan edilmiş surətləri formaya əlavə edilir.

İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası mayın 29-dan 31-dək saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

Qeyd edək ki, imtahana qeydiyyat aprelin 25-dən mayın 25-dək aparılıb və bu müddət ərzində 53 namizəd qeydiyyatdan keçib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm