Xarici vətəndaşlara ev satışı azalıb
Bizi izləyin

Əmlak

Xarici vətəndaşlara ev satışı azalıb

Bu ilin sentyabr ayında Türkiyədə mənzil satışı illik müqayisədə 17,8% artaraq 108 918 ədədə çatıb.

Bu ilin sentyabr ayında Türkiyədə mənzil satışı illik müqayisədə 17,8% artaraq 108 918 ədədə çatıb.

Publika.az-ın “Bloomberg” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Statistika İdarəsi məlumat yayıb. Satılan mənzillərin 17 040-ı və ya 15,6%-i İstanbul, 11 564-ü və ya 10,6%-i Ankara, 6 050-i və ya 5,6%-i İzmir şəhərində yerləşir. İpoteka ilə satılan mənzillərin sayı sentyabrda illik müqayisədə 46,7% artaraq 42 083 ədəd təşkil edib. Beləliklə, məcmu satışda ipoteka ilə satılan evlərin xüsusi çəkisi 38,6% təşkil edib.

Hesabat ayında yeni tikilən binalarda 50 972 mənzil satılıb ki, bu da 2015-ci ilin analoji dövrü ilə müqayisədə 17,6% çoxdur. Yeni mənzillərin satışının məcmu ev satışında xüsusi çəkisi 46,8% təşkil edib. Göstərilən dövrdə xarici vətəndaşlara mənzil satışı illik müqayisədə 27,8% azalaraq 1 276 ədəd təşkil edib. Sentyabrda xaricilər ən çox Antalyada (359 ədəd) mənzil alıblar.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm