Şərq bazarı SÖKÜLÜR? - RƏSMİ (YENİLƏNDİ)
Bizi izləyin

Əmlak

Şərq bazarı SÖKÜLÜR? - RƏSMİ (YENİLƏNDİ)

Ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək

“Şərq” bazarının söküləcəyi ilə bağlı yayılan xəbər doğru deyil.

Bunu Publika.az-a açıqlamasında Nərimanov rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov deyib.

“Həmin tikili həm də mədəniyyət abidəsi hesab edilir. Buna görə də onun sökülməsi real deyil. Həmin tikilinin sökülməsi ilə bağlı fikir olsa, ilk növbədə icra hakimiyyəti olaraq ilkin sənədləşmə bizimlə aparılacaq. Lakin bizdə həmin abidənin sökülməsi ilə əlaqədar heç bir məlumat yoxdur”

H.Cəfərov bildirib ki, həmin tikili ətrafındakı fərdi yaşayış evlərində söküntü işləri aparılır: “Bu işlər pilot layihə çərçivəsində həyata keçirilir. Həmin evlər sökülüb yerində yeni binalar tikiləcək. Lakin “Şərq” bazarının söküntüsü ilə bağlı heç bir fikir yoxdur, yayılan xəbər də kiminsə arzusu ola bilər”.

Ərazidə söküntü işlərinə İcra Hakimiyyəti nəzarət etsə də, “Şərq” bazarının memarlıq abidə olması həm də onun söküntüsü üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən icazəyə ehtiyac var.

Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədovla əlaqə saxladıq. O, “Şərq” bazarının söküntüsü ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə heç bir rəsmi məlumatın daxil olmadığını dedi.

***

Bakının Nərimanov rayonu ərazisində yerləşən “Şərq” bazarı söküləcək.

Bu haqda məlumatı "müsavat" yazıb. Sayt bildirir ki, bazarın ətrafındakı bütün köhnə tikililər plana düşəcək:

“Ərazidə yerləşən əksər obyektlər, o cümlədən də “Şərq” bazarı böyük ehtimalla, plana düşəcək. Düzdür, ərazidəki obyekt sahiblərinə dövlət tərəfindən kompensasiya ödəniləcək və onlar elə də böyük maddi itki ilə üzləşməyəcək”.

Sayt sahibkarların Ziya Bünyadov prospektində yeni istifadəyə verilmiş ticarət mərkəzinə köçürülmə ehtimalının olduğunu qeyd edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm