Əmlak
Ziya Məmmədovun bütün əmlakı satışa çıxarılır
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov özünə və ailəsinə
məxsus Azərbaycandakı bütün əmlaklarını – hotellərdən tutmuş
restoranlaradək satmaq niyyətindədir.
Bu haqda “Yeni Müsavat” qəzeti məlumat yayıb. Nəşrin yazdığına
görə, bu haqda məlumat verən mənbə Məmmədovların bundan sonra
Azərbaycanda bizneslərinin davam etdirilməsinin mümkünsüzlüyünü
anladığını qeyd edib. Sabiq nazirin varidatı ilə bağlı bu illər
ərzində çox faktlar açıqlanıb. Onun var dövlətinin bir neçə milyard
olduğu bildirilir.
Qeyd edək ki, fevralın 13-də prezident İlham Əliyevin sərəncamı ilə
Nəqliyyat Nazirliyi ləğv olundu. Bundan sonra yalnız 1 dəfə
medianın sualına cavab verən Z. Məmmədov “daha sıravi vətəndaşam”,
“dincəlirəm” demişdi.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!