Bakıda hərrac keçirildi - FOTO
Bizi izləyin

Əmlak

Bakıda hərrac keçirildi - FOTO

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu gün daha bir hərrac keçirilib.

Budəfəki hərrac kifayət qədər rəqabətli olub və hərraca çıxarılan obyektlərin, müəssisələrin əksəriyyəti özəlləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, hərracda kiçik dövlət müəssisə və obyekti, 7 qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi özəlləşdirilib. Özəlləşdirilən 7 istifadəsiz qeyri-yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi Bakıda, 2 kiçik dövlət müəssisəsi isə respublikanın digər şəhərlərində yerləşir.

Bakının Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 12 min 500 manata olduğu halda ən son ­17 min 200 manat təklif edilib. Paytaxtın Nəsimi rayonunda yerləşən sahəsi 68,2 kv.m olan qeyri-yaşayış sahəsində də anoloji hal müşahidə edilib. Belə ki, adı çəkilən əmlakın ilkin start qiyməti 12 min 500 manat olsa da, 17 min manata sahibini tapıb. Ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi Bakının Səbail rayonunda yerləşən 170,7 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi olub.

Prosesdə xidmət sahəsində əlverişli olan kiçik dövlət müəssisəsi də özəlləşdirilib. Gəncə şəhərində yerləşən 176 saylı mağaza bu kateqoriyaya aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir. Həmin əmlakın ümumi faydalı sahəsi 450,6 kv.m təşkil edir.

Hərrac zamanı özəlləşdirilən qeyri-yaşayış sahələrinin hamısı paytaxtda yerləşir. Bakıda özəlləşdirilən qeyri-yaşayış obyektinin 2-i Nəsimidə, 2-i Binəqədidə, qalanı isə müvafiq olaraq Səbail, Qaradağ və Xətai rayonlarında yerləşir. Özəlləşdirilən əmlakların sahəsi 17 kv.m ilə 170 kv.m arasında dəyişir.

Bundan başqa, hərracda daha az investisiya tələb edən əmlaklar, müxtəlif markalı nəqliyyat vasitələri də özəlləşdirilib. Bunlardan biri Bakının Binəqədi rayonunda yerləşən 17 kv.m sahəsi olan qeyri-yaşayış sahəsidir. Özəlləşən avtomobillər arasında isə buraxılış tarixləri 2006-2007-ci illəri əhatə edən Rusiya, İtaliya istehsalı olan maşınlar yer alıb.

Xatırladaq ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən tətbiq edilən yeniliyə görə alıcılar elektron qaydada sifariş verə, onlayn olaraq qoşula bilərlər. Beləliklə alıcının harasa getməsinə ehtiyac qalmır. Onlayn rejimdə iştirak edən şəxs 60 saniyə ərzində təklifini irəli sürməklə əmlak sahibi olur. Hərrac rəqabətli keçdikdə isə alıcılar əmlakın ilkin satış qiymətinin 1%-dən az olmayan yeni təklif edirlər. Hərraclarda şəffaflıq prinsiplərinin qoruması yerli və xarici investisiyaların diqqətini cəlb edir, bununla da rəqabət daha da güclənir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm