2020-ci ildə neft hasilatımız 5,3 faiz azalacaq
Bizi izləyin

Enerji

2020-ci ildə neft hasilatımız 5,3 faiz azalacaq

Ümumi hasilat 117 mln. 791,2 min ton səviyyəsində proqnozlaşdırılır.

Azərbaycan hökuməti 2018-2020-ci illərdə ölkədə ümumi neft hasilatını 117 mln. 791,2 min ton səviyyəsində proqnozlaşdırır.

Publika.az xəbər verir ki, hökumətin proqnozlarına əsasən, 2018-ci ildə ölkədə 38 mln. 769,4 min ton, 2019-cu ildə 39 mln. 914,2 min ton, 2020-ci ildə 39 mln. 107,6 min ton neft hasil olunacaq. 2020-ci ildə neft hasilatının həcmi 2016-cı ilin göstəricisi ilə müqayisədə 5,3% azalacaq.

Qeyd edək ki, 2016-cı ilin yekunları üzrə hökumət neft hasilatını 41 mln. 306,4 min ton, 2017-ci ildə 39 mln. 796,6 min ton səviyyəsində gözləyir. 2015-ci ildə Azərbaycanda 41 mln. 628,3 min ton neft hasil edilib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm