Enerji
Gecə 2-də olan telefon zəngi neftin taleyini dəyişdi
Dünyanın dörd bir yanında təşkil olunan saysız toplantı, görüşmə
və açıqlamalardan sonra neftin qiymətlərini xilas edən anlaşma gecə
02:00-də bir telefon söhbətiylə baş tutdu.
Publika.az fins.az-a
istinadən bildirir ki, OPEC-in noyabrın 30-da təşkil edilən
toplantısından əvvəl anlaşmanın olacağından heç kim əmin deyildi.
Ümid verən açıqlamalar gəlsə dəneft ölkələri hasilatın
nəqədərazaldılması məsələsində bir nöqtəyə gələ bilmirdi. Hətta
Rusiya və Braziliya kimi OPEC-ə daxil olmayan hasilatçılar belə bir
araya gələ bilmirdilər.
Ancaq noyabrın 29-dan 30-na keçən gecə Səudiyyə Ərəbisatnının
Enerji naziri Xalid Al-Falih və Rusiyanın enerji naziri Aleksandr
Novak arasında olan bir telefon söhbəti anlaşmaya zəmanət
yaratdı.
Anlaşmanın önündəki ən böyük əngəllərdən biri Rusiyanın hasilatı
azaltmaq istəməməsi və sadəcə dondurmağa üstünlük verməsiydi.
Bloombergchr("39")in yayadığı məlumata görə, Novak telefon
söhbətində Rusiyanın hasilatı azaldacağına söz verərək anlaşma üçün
möhkəm zəmin yaradıb. Bunun qarşılığında Al-Falih də digər OPEC
ölkələrini anlaşmaya razı salıb.
OPEC 2008-dən bəri ilk dəfə günlük hasilatı 1,2 milyon barel
azaltmaq barədə qərarını açıqladı. Rusiya və OPEC-ə daxil olmayan
digər ölkələr də hasilatı günlük 600 min barel azaldacağını bəyan
etdilər.
Anlaşmanın nə qədər uzunömürlü olacağına dair fikirlər səslənsə də,
iki nazirin fədakarlığının nəticəsinin qısa bir müddəti əhatə
edəcəyi ehtimal olunur. Görünən budur ki, bu açıqlamadan sonra
neftin qiyməti 15 faiz artaraq 50 doları keçdi.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA