Azərbaycana Kubadan TƏKLİF - neft layihələrində iştirakla bağlı
Bizi izləyin

Enerji

Azərbaycana Kubadan TƏKLİF - neft layihələrində iştirakla bağlı

Kuba Azərbaycanın ali məktəblərində, xüsusən energetika sahəsi üzrə öz kadrlarının təhsil alaraq ixtisaslaşmasında maraqlıdır.

Meksika körfəzinin Kubaya məxsus hissəsində tədqiq edilməmiş neft yataqları var və Azərbaycan şirkətləri həmin yataqların işlənməsi prosesində iştirak edə bilərlər.

Bunu Trend-ə Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.

Səfir bildirib ki, energetika sahəsində ixtisaslaşmış Azərbaycan şirkətləri Kubanın enerji layihələrində müstəqil olaraq, eləcə də beynəlxalq konsorsiumların tərkibində iştirak edə bilərlər.

Diplomatın sözlərinə görə, Kuba eləcə də Azərbaycanın ali məktəblərində, xüsusən energetika sahəsi üzrə öz kadrlarının təhsil alaraq ixtisaslaşmasında maraqlıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm