Neft hasilatını kimlər nə qədər azaldıb?
Bizi izləyin

Enerji

Neft hasilatını kimlər nə qədər azaldıb?

Krallıq razılaşmanın payına düşən hissəsini yerinə yetirib.

Rusiya neft hasilatını azaldıb. Publika.az xəbər verir ki, 2017-ci ilin ilk 5 günündə hasilat gündəlik 1,517 milyon barel təşkil edib.

2016-cı ilin oktyabrı ilə müqayisədə hasilat gündəlik 142 min barel azalıb. Rusiyanın energetika naziri Aleksandr Novak ötən ay 2017-ci ilin yanvarında hasilatın gündəlik 50-100 min barel azaldılacağını bəyan etmişdi. Ölkənin hasilatı gündəlik 300 min barel azaltması planlaşdırılır.

Qeyd edək ki, yanvarın 5-də “The Wall Street Journal”a məxsus mənbələr Səudiyyə Ərəbistanının hasılatı gündəlik 486 min barel azaltdığını irəli sürmüşdü. Bununla da krallığın razılaşmanın payına düşən hissəsini yerinə yetirdiyi deyilir.

Xatırladaq ki, neft istehsalçıları hasilatı gündəlik 1,2 milyon barel azaltmaqla bağlı razılıq əldə ediblər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm