Təbii qaz bahalaşa bilərmi?
Bizi izləyin

Enerji

Təbii qaz bahalaşa bilərmi?

İctimaiyyətdə suallar yaradıb.

2017-ci il yanvarın 1-dən əhali qrupu üçün təbii qazın qiymətlərində differensiallaşdırılmışmış tariflərin tətbiqinə başlanılıb. Tarif Şurasının 28 noyabr 2016-cı ildə qəbul etdiyi qərara görə, 1500 kubmetrdən çox sərfiyyatı olan abonent artıq işlətdiyi hər kubmetr qaz üçün 20 qəpik ödəməli idi. Ancaq dekabrda Azərbaycan Prezidentinin göstərişindən sonra Tarif Şurası bu limiti 1700 kubmetrə qədər artırdı. SOCAR-ın iqtisadiyyat üzrə vitse-prezidenti Süleyman Qasımov mətbuat konfransında bildirib ki, “təbii qazın qiymət artımı ümumi abonentlərin əksər hissəsini əhatə etməyib”. SOCAR rəsmisinin ikinci fikri ictimaiyyətdə suallar yaradıb.

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban Publika.az-a açıqlamasında bildirib ki, qiymətlərin artırılmasına zəmin yoxdur: “Ötən ilin yanvar-noyabrında Azərbaycanda 17 024,8 mln kub metr əmtəəlik qaz hasil edilib. Bir il əvvəl bu göstərici 18 068,1 mln kub metr olmuşdu. Yəni ölkənin əmtəəlik qaz hasilatı 1 mlrd 43,3 mln kub metr azalıb. Bu bir il ərzində “Azəriqaz” İstehsal Birliyinin (SOCAR-ın qaz paylayıcı şəbəkəsi) abonentlərinin ümumi sayı 166 min 488 ədəd artaraq 1 mln 980 min 526-a çatıb. Bu isə ortalama əlavə 300 mln kubmetrə qədər qaz sərfiyyatı deməkdir. Başqa tərəfdən 2015-ci ildə Statkom qaz itkilərini 1 mlrd kub metr olduğunu göstərdiyi halda, 2016-cı ilin 9 ayında bu göstəricinin xeyli azaldığını (550 mln kub metrədək) qeyd edir. Yəni illik ölçüdə bu təqribən 700 milyon kubmetr çıvarında olduğuna dəlalət edir. Yəni 300 mln kubmetr itkilərin azaldılması hesabına ödənilib.

İkincisi, “Azərenerji” əgər əvvəllər hər il SOCAR-dan 5,3-5,5 mlrd kub-metr qaz alırdısa, 2016-cı ilin 11 ayında 3 milyard 816 milyon kub metr qaz alıb. Onda güman etmək olar ki, ötən il energetiklər SOCAR-dan 4,2-4,3 milyard kub metr qaz alıblar. Ancaq bu heç də o demək deyil, ki, “Azərenerji” başlayıb səmərəli işləməyə. Baxmayaraq ki, ötən ildə hava şəraiti kifayət qədər mülayim keçdi (istər qış olsun, istərsə də yay), buna baxmayaraq “Azərenerji” elektrik enerji istehsalını 2015-ci illə müqayisədə 100 mln kVt\saat artıraraq 22,6 mlrd kVt\saata çatdırdı. Bəs “Azərenerji” istehsalı nəyin hesabına ümumiyyətlə aparıb? Axı onun hasilatının 92%-i istilik elektrik stansiyalarının payına düşür”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm