Xarici neft şirkətlərinin vergi ödənişləri azalıb
Bizi izləyin

Enerji

Xarici neft şirkətlərinin vergi ödənişləri azalıb

2016-cı ildə ödəmələrin 1.240 milyard manatı SOCAR-ın, 370 milyon manatı xarici neft şirkətlərinin payına düşməliydi.

2016-cı ilin büdcəsində Vergilər Nazirliyinin xəttilə ümumi daxilolmaların (7 milyar 15,2 milyon manat) 22,9%-i və ya 1.607 milyard manatı neft sektorunun vergi ödənişləridir.

Publika.az Maliyyə Nazirliyinin göstəricilərinə əsasən xəbər verir ki, hökumətin proqnozlarına görə, neft sektoru üzrə 1.610 milyard manat vergi ödənməli idi. 2016-cı ildə ödəmələrin 1.240 milyard manatı SOCAR-ın, 370 milyon manatı xarici neft şirkətlərinin payına düşməliydi.

Dövlət Neft Şirkəti (SOCAR) 2016-cı ildə büdcəyə 1.395 milyard manat vergi ödəyib. Yerdə qalan 212 milyon manat vəsait xarici neft şirkətlərinin mənfəət vergisi üzrə ödənişlər təşkil edib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm