İran hasilatı azaltmağı təklif edir
Bizi izləyin

Enerji

İran hasilatı azaltmağı təklif edir

Tehrana qarşı sanksiyaların kəskinləşməsi İran neftinin ixracını saxlayan səbəb ola bilər.

İran OPEK üzvlərinə 2017-ci ilin ikinci yarısı üzrə neft hasilatının azaldılması yönündə danışıqlara başlamağı təklif edib.

Publika.az xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Zanqane açıqlama verib.

O deyib ki, OPEK hazırkı qiymətləri qoruyub saxlamaq üçün ilin ikinici yarısında hasilatı yenə də azaltmaqla bağlı qərar verməlidir. Nəzərə çatdıraq ki, dünya bazarında neftin qiyməti bu gün 54, 69 dollar təşkil edib. Fevralın 3-də ABŞ İranla bağlı 13 şəxs və 12 müəssisə barəsində sanksiya qəbul edib. Tehrana qarşı sanksiyaların kəskinləşməsi İran neftinin ixracını saxlayan səbəb ola bilər.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm