Enerji
Hasilat Sənayesində Şəffaflıq üzrə Komissiyanın növbəti iclası keçirilib
Bu gün Azərbaycan Dövlət Neft Fondunda Hasilat Sənayesində Şəffaflıq (HSŞ) üzrə Komissiyanın növbəti iclası keçirilib.
Neft Fondundan Publikaa.az-a verilən məlumata görə, iclas zamanı Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri və dövlətin yerli və xarici şirkətlərdən daxiolmaları barədə HSŞ hesabatlarını tutuşduraraq təhlil edəcək audit şirkətinin seçilməsi məqsədi ilə keçirilən satınalma müsabiqəsinin nəticələri müzakirə edilib. Azərbaycan qanunvericiliyinə uyğun olaraq keçirilən müsabiqədə ölkədə fəaliyyət göstərən 10 beynəlxalq nüfuzlu auditor şirkətinə müsabiqədə iştirakla bağlı dəvətlər göndərilib və bunlardan 4-ü (“RSM Azerbaijan”, “Moore Stephens Azerbaijan”, “BDO Azerbaijan”, “Baker Tilly Azerbaijan”) kotirovka təkliflərini təqdim edib. Auditor şirkətləri tərəfindən təqdim edilmiş təkliflər HSŞ Komissiyası tərəfindən qiymətləndirilib və qiymətləndirmə əsasında HSŞ Komissiyası 2016-cı il üzrə HSŞ hesabatının “Moore Stephens Azerbaijan” şirkəti tərəfindən hazırlanmasına qərar verib.
2016-cı il üzrə HSŞ hesabatını hazırlayacaq auditor şirkətinin seçilməsi ilə bağlı iclasda vətəndaş cəmiyyəti üzvləri, xarici səfirliklərin, beynəlxalq maliyyə təşkilatlarının regional nümayəndəliklərinin, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici hasilat şirkətlərinin nümayəndələri iştirak edib.
İclasda HSŞ Komissiyasının Katibliyi tərəfindən HSŞ Komissiyasının Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərlə əməkdaşlığına dair razılaşma sənədinin layihəsinə dair şirkətlər tərəfindən təqdim edilmiş rəylər və Komissiyanın yeni yaradılacaq internet səhifəsi barədə təqdimatlar edilib.
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO