Enerji
Azərbaycana idxal edilən təyyarə yanacağı gömrük idxal rüsumundan azad edilib
Bu gündən Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosin 90 gün müddətində gömrük idxal rüsumundan azad edilib.
Publika.az APA-ya istinadən bildirir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələr”inə müvafiq dəyişiklik edib.
İndiyə qədər Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün kerosinə gömrük dəyərinin 15 faizi həcmində gömrük idxal rüsumu tətbiq edilib. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nə etdiyi dəyişikliyə əsasən reaktiv mühərriklər üçün kerosin üçün aksiz vergisi 1 ton üçün 80 manatdan 1 manata endirilib. Bu qərar da dərc edildiyi gündən, yəni bu gündən 90 gün müddətində qüvvədədir.
-
Nida Xəbər 10:16
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - SİYAHI
-
Qarabağ 10:06
Araikin efirə getməyən müsahibəsi haqda sensasiyalı iddia: Nikol dərhal nə edib?
-
MDB09:45
Rusiya bu ərazidə nüvə silahı yerləşdirib - Şok iddia
-
Nəqliyyat08:25
Bakının bu yollarında tıxac var - SİYAHI
-
Magazin108:10
Şəbnəmin prodüseri vəfat etdi
-
Qoroskop07:39
Bu 3 bürcün may ayında bəxti gətirəcək
-
Magazin107:25
Məşhur aktyor Serenayla tərəf müqabili olacaq
-
Ekopublika.az02:19
Hansı sahələr daha çox varlandırır? - “Forbes” açıqladı