ABŞ-dan neft bazarına BÖYÜK ZƏRBƏ
Bizi izləyin

Enerji

ABŞ-dan neft bazarına BÖYÜK ZƏRBƏ

Həftəsonu ABŞ-ın Florida əyalətini təsiri altına alması gözlənən “İrma” qasırğası öncəsi beynəlxalq bazarda xam neftin qiymtləri dəyişikliyə uğrayıb.

Publika.az xəbər verir ki, dünyada ən çox satılan Londonun “Brend” markalı nefti indi 53.58 dollara təklif olunur. Bu isə əvvəlki qiymtlə müqayisədə 1.7 dollar aşağı göstəricidir.

ABŞ-ın Texas əyalətində çıxarılan neft isə 3.7 dollar ucuzlaşaraq 47.27 dollara düşüb.

Mütəxəssislər kəskin qiymət dəyişiminə keçən ay ABŞ-ı cənginə alan “Harvey” qasırğasının səbəb olduğunu bildirib. Qasırğadan sonra neft bazaları bağlanıb və xam neft sahəsində qıtlıq yaranıb. İstehsalatın dayandırılması da birbaşa qiymətlərə təsir göstərib.

Qeyd edək ki, “Harvey” qasırğası neft satışından əlavə olaraq ABŞ iqtisadiyyatına 180 milyard dollar zərər vurmuşdu. “İrma”nın isə 125 milyard dollar zərərə səbəb olacağı gözlənilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm