Türkiyəli ekspert: “Azərbayacan qazının bizim üçün böyük önəmi var”
Bizi izləyin

Enerji

Türkiyəli ekspert: “Azərbayacan qazının bizim üçün böyük önəmi var”

“Türkiyə olaraq hazırda təbii qaza olan ehtiyacımızın 100-də 55 faizini Rusiyanın hesabına ödəyirik ki, bu da olduqca risklidir”.

Publika.az bildirir ki, bu sözləri musavat.com-a açıqlamasında türkiyəli analtik Bekir Aktaş deyib. O bildirib ki, bundan 2 il öncə Rusiya ilə Türkiyə arasında yaşanan “təyyarə böhranı” çox söz deməyə əsas verir:

“Bu şəkildə riskli münasibətlər olduğu halda Rusiyadan təbii qaz idxalında 55 faiz asılı olmaq, Türkiyənin çıxarlarına uyğun deyil. Azərbaycanla olan münasibətlərimizə baxdıqda isə görürük ki, hələ keçmişdən bəri iki ölkə arasında güclü, güvənli, sağlam münasibətlər var. Türkiyə təbii qaz idxalı üçün xaricdə ciddi şəkildə maddi qaynaq axtarmaqdadır. Bu qaynağın dostumuz, müttəfiqlikdən də üstün qardaşlıq əlaqələrimizin olduğu Azərbaycana getməsini daha çox istərdik.

Elə bu səbəbdəndir ki, TANAP layihəsi Türkiyə tərəfindən çox dəstəkləndi. Eyni zamanda, Türkiyənin “Şahdəniz” layihəsindəki payı, 19 faizə qaldırıldı.

Həmçinin Türkiyə hələ TANAP-ın inşaat müddəti daha təsdiqlənmədən bu layihə çərçivəsində gələn qazı almaq üçün müqavilə imzaladı. Azərbaycan Türkiyə üçün güvənilən bir tədarükçüdür. Bu səbəbdən də Azərbayacan qazının Türkiyə üçün böyük önəmi var. Bunun “Türkiyə petrolları”na önəmi odur ki, biz, özümüzün çıxardığımız təbii qazın 100-də 19 faizinə sahib olduq və “Şahdəniz” layihəsinin qazını Türkiyəyə gətirəcəyik. “Türkiyə petrolları” şirkəti olaraq əsas məqsədimiz Türkiyənin neft və təbii qaz ehtiyacını mümkün olduğu qədər yüksək nisbətdə qarşılamaqdır. Azərbaycandan Türkiyənin də ortaq olduğu layihədən ölkəmizə təbii qazın gəlməsi, bizim də strategiyamıza uyğun bir haldır. Yuxarıda da qeyd etdiyim kimi bu məsələdə 100-də 55 faiz Rusiyaya bağlıyıq və bu faizi mümkün olduğu qədər aşağı salmaq, eyni zamanda təhlükəsizlik tərəfindən də ən kiçik bir problemimizin olmadığı Azərbaycana yer vermək istəyirik”.

Ekspert onu da qeyd edib ki, Türkiyənin təbii qaz alması ölkə daxilində kömürün istehsalına mənfi təsir etməyəcək:

“Enerji və təbii sərvətlər nazirimizin Türkiyənin enerji strategiyası ilə bağlı baxışı budur ki, iqtisadiyyatı sürətlə böyüyən ölkəmizin enerji tələbi də çox sürətlə böyüməkdədir. Ona görə də enerjinin qarşılanmasında mümkün olduğu qədər yerli qaynaqları istifadə etməyi düşünürük. Lakin texniki olaraq bu, mümkün deyil. Çünki rezervlərimiz bəllidir. Buna görə də təbii olaraq biz, xarici qaynaqlara da müraciət edəcəyik. Lakin təbii qaz idxalının artımı, heç də kömürdən imtina etmək mənasını vermir. Əksinə, yerli qaynaq olduğu üçün kömürə daha çox yer verməli olduğumuzu bilirik. Yəni enerji nazirimiz bu cür söyləyir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm