OPEC-in növbəti görüşlərindən biri Bakıda keçirilə bilər - TƏKLİF
Bizi izləyin

Enerji

OPEC-in növbəti görüşlərindən biri Bakıda keçirilə bilər - TƏKLİF

Neft İxrac edən Ölkələrin Təşkilatına üzv və qeyri-üzv dövlətlərinin görüşlərindən biri Bakıda keçirilə bilər.

Publika.az-ın xəbərinə görə, bunu Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindon deyib.

Baş katib qeyd edib ki, bu təkliflə Prezident İlham Əliyev çıxış edib.

Qeyd edək ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 mln. barel azaldılaraq 32,5 mln. barelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. 25 may 2017-ci il tarixində OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub. Ötən ilin 30 noyabrında isə OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində OPEC-ə üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasına Azərbaycan da qoşulub.

Xatırladaq ki, neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı öhdəlik götürüb.

İlhamə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm