“Azərişıq”ASC-i işçi axtarır
Bizi izləyin

Enerji

“Azərişıq”ASC-i işçi axtarır

“Azərişıq”ASC-i enerji satışı mütəxəssisləri üzrə nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir.

Publika.az xəbər verir ki, “Azərişıq”ASC-nin İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi, Zərdab, Neftçala, Salyan və Kürdəmir Elektrik Şəbəkələrində enerji satışı mütəxəssisləri üzrə nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir. Nəzarətçi-mühəndislər elektroenergetika və digət texniki ixtisaslar üzrə ali təhsilli olmalıdır.

İşə qəbul Səhmdar Cəmiyyətin işə qəbul komissiyası tərəfindən test və müsahibə yolu ilə həyata keçiriləcək.

Sənədlər 2018-ci il aprelin 20-ə kimi İmişli, Beyləqan, Fizuli, Ağdam Ağcabədi, Zərdab, Neftçala və Salyan Elektrik Şəbəkələrinin inzibati binalarında və “Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin Kadrlar İdarəsində qəbul olunacaq.

Tələb olunan sənədlər:

Fotoşəkilli anket forması (CV);

Şəxsiyyəti təsdiq edən sənədin surəti;

Təhsil haqqında sənədin surəti.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm