Formula 1
Dünya çempionatının yeni mövsümünə start verildi
Formula 1 üzrə dünya çempionatının yeni mövsümünə start verilib. Martın 25-də keçirilən birinci yarışda – Avstraliya Qran-Prisində “Ferrari”nin pilotu Sebastyan Fettel qalib gəlib.
Publika.az xəbər verir ki, ilk yarışda pilotlar Melbrundakı Albert Parkda 5303 metrlik trasda 58 dövrə vurublar.
Sebastyan Fettel yarışı 1 saat 29 dəqiqə 33,283 saniyəlik nəticə ilə 25 xal toplayaraq başa vurub. Liderdən 5,036 saniyə geri qalan Lyuis Hamilton (“Mersedes”) yarışı 18 xalla ikinci pillədə yekunlaşdırıb. İlk üçlüyü liderdən 6,309 saniyə sonra finişə çatan Kimi Raykonnen (“Ferrari”, 15 xal) tamamlayıb. S.Fettel karyerasında 48-ci, Melbrunda üçüncü və ardıcıl ikinci qələbəsini qazanıb.
Konstruktorlar kubokunda isə “Ferrari” 40 xalla birinci, “Mersedes” 22 xalla ikinci, “Aston Martin Red Bull Racing” isə 20 xalla üçüncü pillədə qərarlaşıb.
Çempionatın növbəti – ikinci yarışı olan Bəhreyn Qran-Prisi aprelin 6-8-də Sahir avtodromunda keçiriləcək.
Dünya çempionatının 4-cü mərhələsi olan Azərbaycan Qran-Prisi isə aprelin 27-29-da Bakıda təşkil olunacaq.
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI